|
Cənubi Koreyada turist avtobusu yanıb, azı 9 nəfər ölüb
Cənubi Koreyanın Ulsan şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayaraq yanıb, azı 9 nəfər öleb, 7 nəfər xəsarət alıb. 
 
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, şinin partlaması nəticəsində maneəyə çırpılan avtobusda yanğın baş verib. Avtobusda ümumilikdə 20 nəfərin olduğu bildirilir.  
 
Yaralılar xəstəxanalara çatdırılıb.  
Cia.az