|
“Mosulla tarixi bağlarımız var” - Nazirdən açıqlama
Mosul kimi tarixi bağlarımız olan şəhərin demoqrafik quruluşunun dəyişdirilməsi cəhdlərinə Türkiyə etinadsız yanaşa bilməz.
 
Axar.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Fikri İşıq deyib.
 
Nazir 15 iyuldan sonra türk ordusunun daha da gücləndiyini bildirib:
 
“Təsəvür edin ki, bir ordu komandandan deyil, okeanın o tayından təlimat alır. Bu əmri həyata keçirən əsgər ordunu əsla gücləndirə bilməz. Hərçənd ki, bunlar əsgər deyil, xainlərdir. Şükürlər olsun, Türkiyə Silahlı Qüvvələridə kadr çatışmazlığı yoxdur. Kifayət qədər əsgər və zabitlərimiz var”.
Cia.az