|
Türkiyəyə verilən vədlərə əməl edilməlidir - Macarıstan rəsmisi
Miqrant böhranının həlli çərçivəsində Türkiyəyə verilən vədlərə əməl edilməlidir.
 
Axar.az xəbər verir ki, bunu Macarıstan Milli Məclisinin Xarici əlaqələr komitəsinin sədri Zsolt Nemet deyib.
 
O, rəsmi Ankaranın AB-nin xüsusi müttəfiqi olduğunu bildirib:
 
“Türkiyəyə aktiv dəstəkverilməsə, Yaxın Şərq probleminin yoluna qoyulması mümkünsüzdür. AB-Türkiyə arasında imzalanan miqrant razılaşmasına əməl etmək sadəcə Ankaranın vəzifəsi deyil. AB də verdiyi sözlərə əməl etməldir. Əks halda, Avropanın qəbul etdiyi dəyərlər türk xalqının gözündən düşəcək”.
 
Qeyd edək ki, tərəflər arasında ələ edilən razılaşmaya görə, Avropaya axın edən miqrantların Türkiyədə yerləşdirilməsi qarşılığında Avropa Birliyi rəsmi Ankaraya 3 milyard avro həcmində yardım etməli idi. Bundan əlavə, razılaşmada Türkiyə vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi nəzərdə tutulmuşdu.
 
Lakin bu şərtlərdən hələ ki, heç biri yerinə yetirilməyib.
Cia.az