|
Suriyalı qaçqının intiharı ölkəni qarışdırdı

Almaniya təcridxanasında saxlanılan suriyalı mühacir Cabir əl Bəkirin intihar etməsi ölkəni qarışdırıb. 


Musavat.com-un məlumatına görə, terror törədəcəyi şübhəsi ilə saxlanılan Cabir əl Bəkir təcridhanada özünü asmışdı. Onun intiharı mühacirlər tərəfindən etirazlara səbəb olub. 
 
Bütün siyasi partiyalar Almaniyada belə bir olayın baş verməsini təcridxanalardakı nəzarət sisteminin iflasa uğradığının sübutu olduğunu bildirib. Partiyalar hadisəni "hüquqi qalmaqal" adlandırıb. Almaniyanın Sosial Demokrat Partiyasının lideri Tomas Opperman hadisəni ədliyyə sistemindəki gözlənilməz xəta adlandırıb. Ədliyyə naziri Sebastian Gemrov isə bildirib ki, bu intihar əsla baş verməməliydi.
Cia.az