|
Səfir Hulusi Kılıçdan qürurverici addım –
Türkiyənin Moldovadakı yeni səfiri Hulusi Kılıç öz etimadnaməsini dünən bu ölkənin Prezidenti Nicolae Timoftiye təqdim etdikdən sonra bu gün T.C. Kişinev Büyükelçiliğində tanışlıq resepsiyonu keçirilib. Və istər Prezidentlə görüş zamanı, istərsə də bu günkü tədbirdə bizlər üçün də maraqlı olan bir məqam diqqətlərdən yayınmayıb.
 
Turkustan.info xəbər verir ki, bu barədə öz facebook səhifəsində status paylaşan Əməkdar jurnalist, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nadir İsmayılov (Nadir Azəri) yazıb: “Belə ki, cənab səfir Moldova Prezidenti ilə görüşə və həmin tanışlıq resepsiyonuna sinəsinə Azərbaycanın “Dostluq” ordenini taxaraq qatılıb. 
 
Xatırlatmaq yerinə düşər ki, səfir Hulusi Kılıc Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin13 sentyabr 2012-ci il Sərərncamı ilə Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilmişdi. Beləliklə cənab səfir ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar 13 sentyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərərfindən qəbul edilərkən dediyi “Həyatımın bundan sonrakı hissəsində də Azərbaycanın bir nümayəndəsi, vətəndaşı kimi işləməyə davam edəcəyəm” sözlərinə sadiq qaldığını nümayiş etdirib”.
 



Cia.az