ABŞ prezidentliyinə Respublikaçılar partiyasından olan namizəd Donald Tramp seçicilərin dəstəyinə görə öz rəqibi Hillari Klintonu qabaqlayıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu nəticəyə Rassmusenin sosioloji sorğu xidməti gəlib. 10-12 oktyabr tarixlərində min beş yüzə yaxın seçicinin iştirakı ilə keçirilən növbəti sosioloji sorğu göstərib ki, Trampa 463%, Klintona 41% seçici rəğbət göstərir.
Sorğuda iştirak edənlərin 84% artıq indidən kimə səs verəcəklərini dəqiqləşdirdiklərini bildiriblər.
Cia.az
