|
Funt sterlinq son 168 ilin ən aşağı həddində
İngilis funt sterlinqinin məzənnəsinin zəifləməsi onu dünyanın ehtiyat valyutasından daha çox inkişaf etməkdə olan ölkənin valyutasına bənzədir. Rusiya mətbuatı xəbər verir ki, hazırda əksər iqtisadçı-ekspertlər bu qənaətdədir.
 
Onlar funtla bağlı yaranmış vəziyyəti Böyük Britaniyanın dünyadakı iqtisadi mövqeyini itirməsi kimi qiymətləndirirlər. Çünki, 1 il bundan əvvəl 1 funt almaq üçün 1,55 dollar ödəmək lazım idisə, hazırda 1,22 dollar kifayətdir. Son 4 gündə ingilis pulu Amerika valyutasına nisbətdə dəyərini 5% itirib. "Brexit" səsverməsindən bəri isə funtun məzənnəsi 18% zəifləyib.
 
Avropa İttifaqını (Aİ) tərk etməklə bağlı qərarın gətirdiyi qeyri-müəyyənliklər fonunda Britaniya aktivlərinin sürətlə dəyərdən düşməsi və milli valyutanın zəifləməsi investorların funta inamını getdikcə daha da azaldır. İş adamlarını ən çox naharat edən məsələ isə ölkə ilə ticarət əlaqələrinin tam dayandırılması ehtimalıdır.
Cia.az