Türk hakerlər İraqın mərkəzi bankının internet saytını dağıdıb.
Yaxınlaşmaqda olan Mosul əməliyyatları ilə bağlı İraqın baş naziri Heydər Əl-İbadi Türkiyəni təhdid edib. Təhdidlərə ilk cavab isə türk hakerlərdən gəlib. “Aslan Nəfəslər Tim” haker qrupu İraqın mərkəzi bankının internet saytına hücum edərək saytı çökdürüb.
Haker qrupu İraq mövqeyində qaldığı müddətdə hücumların davam edəcəyini açıqlayıb.
Cia.az
