|
İŞİD niyə uşaqları seçir? – Terror mütəxəssisi açıqladı
Terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar Azad Suriya Ordusunun İŞİD-dən girov aldığı uşaqların şəklini paylaşıb.
Ağar bu uşaqların İŞİD tərəfindən kəskin nişançı olaraq yetişdirildiyini qeyd edib. Terror mütəxəssisi İŞİD-in uşaqlardan istifadə etməsinin səbəblərini də açıqlayıb. O, bildirib ki, İŞİD qadın va uşaqları barmaq ucundakı həssalığa görə nişançı olaraq yetişdirir. 
Abdullah Ağar qeyd edib ki, fotolarını paylaşdığı uşaqlar Azad Suriya Ordusunun İŞİD-dən ələ keçirdiyi uşaqlardır və onların gözlərindəki qorxu heç bir sözlə ifadə olunmur.
Cia.az