|
Suriyalı qaçqın təcridxanada ölü tapıldı
Almaniyanın Leypsiq şəhərində saxlanılan suriyalı qaçqın Caber əl-Bəkr istintaq təcridxanasında ölü tapılıb.
 
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, o, özünü saxlanıldığı kamerada öldürüb.
 
İnsidentlə bağlı polis araşdırma aparır. C.əl-Bəkr Almaniya aeroportlarından birində terror aktı hazırlamaqda şübhəli bilinirdi. Onun 2015-ci ildə Almaniyaya gəldiyi qeyd olunur. 
Cia.az