|
Yəməndən çağırış: "O ölkəni dayandırın"
Yəmənin Nazirlər Şurası ölkənin ərazi sularının İrandan qorunması üçün Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə çağırış edib.
 
Axar.az xəbər verir ki, bu barədə Yəmənin SABA agentliyi məlumat yayıb.
 
Bəyanatda Yəmən sahillərinin İran gəmilərindən qorunması, icazəsiz girişlərin dayandırılması və bu kimi qanun pozuntuları ilə bağlı BMT TŞ-də məsələ qaldırılması istənilib.
 
Bundan əlavə, rəsmi Tehran Yəmənin daxili işlərinə qarışmaqda da günahlandırılıb.
Cia.az