Türkiyədə qızıl mağazasını soymaq istəyən polis həbs edilib.
Musavat.com-un məlumatına görə, hadisə İzmir şəhərinin Bornova rayonunda baş verib. Polis əvvəlcə bir avtomobili qaçırıb. Belə ki, o, sürücüyə silah çəkərək maşından düşürüb və özü maşına oturaraq uzaqlaşıb. Daha sonra Burak Rəis küçəsinə gələn polis işçisi burada bir qızıl mağazasına girərək mağazadakılara atəş açıb. İki işçi ayağından yaralanıb. Soyğunu həyata keçirə bilməyəcəyini anlayan polis mağazadan çıxıb.
Hadisə təhlükəsizlik kameralarına düşüb. Qaçırılan maşın bir neçə saat sonra "Stadion" metrostansiyasının yanında tərkedilmiş şəkildə tapılıb. Saxlanılaraq polis idarəsinə gətirilən polis məmuru Ö.Ç. banka 70 min lirə borclu olduğunu deyib. Yaxında evlənməyə hazırlaşan soyğunçu polis toy xərcləri üçün mağaza qəsb etmək istədiyini bildirib.
Cia.az
