Türkiyə ilə Ukrayna arasında ilk dəfə müdafiə sahəsində müqavilə imzalanıb.
Axar.az xəbər verir ki, Ukraynanın Dövlət Müdafiə müəssisəsi “UkroboronProm”un nəzdindəki “Ukrinmaş” Türkiyənin “Havelsan” Hava Elektron Sənayəsi ilə birgə radar istehsalı üçün razılaşma əldə edib.
Məlumata görə, şirkətlər arasında müqavilə paytaxt Kiyevdə Silah və Təhlükəsizlik sərgisində imzalanıb.
Qeyd edək ki, məsələ ilə bağlı hələ aprel ayından danışıqlara başlanılmışdı.
Cia.az
