"Razıyam ki, seçmə mərhələnin sürpriz komandasıyıq. Kimsə bizdən bu nəticələri gözləmirdi. Ancaq biz hər komanda ilə başabaş mübarizə aparacağımıza inanırıq. Bir çox oyunçudan istifadə edirik. Özümüzə inanırıq".
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışları barədə goal.com-a açıqlamasında deyib.
O, ölkəmizdə insanların milliyə inandığını vurğulayıb:
"Norveçlə oyunda qələbə, Çexiya ilə görüşdə heç-heçə önəmli nəticələrdir. Azərbaycanda artıq futbol coşqusu var. İnsanlar bizə inanır".
Qeyd edək ki, millimizin DÇ-2018-in seçmə mərhələsində 3 oyundan sonra 7 xalla yer aldığı qrupda 2-ci pillədə qərarlaşıb.
Cia.az
