|
Ramzan Kadırovun rəqibinin 16 yaşlı qızına hücum olub

Qarışıq döyüş növləri üzrə məşhur rusiyalı idmançı Fyodor Yemelyanenkonun 16 yaşlı böyük qızına hücum olub. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yeniyetməyə hücum oktyabrın 12-də yerli vaxtla səhər saat 7:40-da (Bakı vaxtı ilə 8:40-da) baş verib.

Naməlum şəxs qızın qarın, döş və kürək nahiyələrinə zərbələr endirib. Xəsarət almış yeniyetmə Rusiya paytaxtının uşaq klinikalarından birinə çatdırılıb.

Mənbənin bildirdiyinə görə, qızı xəstəxanaya anası aparıb.

Çeçenistan prezidenti Ramzan Kadırov Qroznıda uşaqlar arasında qaydasız döyüş yarışı təşkil etdikdən sonra Fyodor Yemelyanenko bu addımı kəskin tənqid etmişdi.