Məşhur rusiyalı satirik, artist Mixail Zadornov xərçəng xəstəliyindən əziyyət çəkir. Bu barədə o. “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Virtualaz.org xəbər verir ki, satirik bu yaxınlarda Latviya xəstəxanalarından birində kimya terapiyası kursu keçəcəyini bildirib. O əlavə edib ki, heç də hər şey ümidsiz deyil.
Xəstəliyi ilə əlaqədar Zadornovun bir çox konsertləri təxirə salınıb.
