Hollivud ulduzları – 27 yaşlı aktrisa Bleyk Layvli və 38 yaşlı həyat yoldaşı, aktyor Rayan Reynolds valideyn olublar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa körpəsini xəstəxanada deyil, evdə dünyaya gətirib. Buna səbəb isə doğuşun təyin edilən vaxtdan erkən başlaması olub.
Körpənin cinsiyyəti və adı barədə məlumat verilməsə də, ana ilə uşağın vəziyyətinin normal olduğu deyilir.
