|
Jurnalistin qətlində rolu olan futbolçu azadlıqda

Futbolçu Cavid Hüseynov həbsdən azad edilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə onun şikayəti təmin edilib. Cavid Hüseynov məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb. O bildirib ki, onun cəzası 4 ildən 1 il 2 aya endirilib və azadlığa çıxıb

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.