Xəbər verildiyi kimi, dünən Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoral səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, E.Özoral bundan əvvəl Türkiyə XİN-də baş direktorun müavini vəzifəsində çalışıb. Ancaq cənab səfir Azərbaycan üçün yeni sima deyil. O, əvvəllər dörd il boyunca ölkəsinin Azərbaycandakı səfirliyində ikinci katib vəzifəsində işləyib və səmərəli fəaliyyət göstərib.
Cia.az
