|
Salyan sakininə qarşı 55 min manatlıq dələduzluq edilib
Azərbaycanda daha bir dələduzluq hadisəsi qeydə alınıb.
 
“Report” əldə etdiyi məlumata görə, Salyan rayon sakini, 1966-ci il təvəllüdlü Azər Ağayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü il noyabrın 9-da Cavidan adlı şəxs onun etibarından sui-istifadə edərək rayonda tikdirdiyi şadlıq sarayına sənəd düzəltmək adı ilə 55 000 manat pulunu alıb, lakin indiyədək qaytarmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
Cia.az