|
5 il sonra edilən etiraf: İnanmışdım...

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 2011-ci ildə TBMM-də (Türkiyə Böyük Millət Məclisi) çıxışı zamanı Fətullah Güləni tərifləməyi barədə danışıb. 


Musavat.com-un məlumatına görə, B.Bozdağ bildirib ki, o zamanlar F.Gülənin günahsız olduğuna inanıb. 
 
B.Bozdağ deyib: “O çıxışımda haqlı olduğumu sanırdım. Çünki Fətullahın terror təşkilatı, suç, xəyanət şəbəkəsi olduğuna dair məlumata malik deyildim”. 
 
Qeyd edək ki, B.Bozdağ 2011-ci ildə parlamentdə çıxışı zamanı bu sözləri demişdi: “Fətullah Gülən bu ölkənin yetişdirdiyi dəyərli şəxsiyyətdir. Sevə də bilərsiniz, sevməyə də. Amma o, dəyərli, savadlı bir insandır. O, bu ölkənin milli, mənəvi dəyərlərinə bağlı nəsillərin yetişdirilməsinə xidmət edir. Hər şeyi də açıq və dövlətin gözünün önündədir”.
Cia.az