|
ABŞ-da qasırğa qurbanlarının sayı 33 nəfərə çatdı
ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb. 
 
"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Telekanalın xəbərinə görə 33 ölüm faktı ölkənin cənub-şərqindəki 5 ştatda qeydə alınıb. Onlardan 14-ü Şimali Karolinanın payına düşür. Ştatın qubernatoru Pet Makkrori bildirib ki, daha 3 nəfər itkin düşüb. 
 
Qeyd edək ki, bundan əvvəl qasırğa zamanı 27 nəfərin öldüyü bildirilirdi. 
 
Cia.az