|
Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin uzadılması qərarını təsdiqlədi

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin oktyabrın 19-dan daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib.

Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib.

Cia.az