Dünya bazarında neft ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar azalaraq 51,23 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar azalaraq 53,04 dollar olub.
Qeyd edək ki, Brent neftinin qiyməti ötən ilin oktyabr ayından etibarən ilk dəfə 53 dollar həddini aşıb.
Cia.az
