|
Sabirabadda avtobus qəzası - ölən və yaralananlar var

Sabirabadda yük avtomobili avtobusla toqquşub.

APA-nın məlumatına görə, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, bir azyaşlı ölüb. Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Cia.az