|
Bakıda iki polisi öldürməyə cəhd edən şəxsin şikayəti üzrə qərar verilib
Bakı Apellyasiya Məhkəməsində Bakıda iki polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən İsmət Bəkirovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
 
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Bəkirov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atıb. Həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirib.
 
İsmət Bəkirov iraddan qəzəblənərək üstündə gəzdirdiyi bıçaqla V. Qəmbərovun bel nahiyəsindən, Ş. Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd edib.
Cia.az