|
Pişiyi öldürdü- 2 il həbs aldı

ABŞ-da bir kişi ölənədək pişiyi döydüyünə görə, məhkəmə onu 2 il həbs cəzasına layiq görüb.

ANS PRESS-in məlumatına görə, Associated Press agentliyinin xəbərində qeyd edilir ki, qərar ev heyvanları ilə sərt münasibət deyə adlandırılıb. İstintaqçıların sözlərinə görə pişik qatili hərəkətini onunla izah edib ki, pişiklərindən biri onu dişləyib.

Məslənin istintaqa gəlib çıxması da maraqlı olub. Belə ki, 2013-cü ildə 24 yaşlı kişi həyat yoldaşı ilə pişiklərin saxlandığı sığınacağa 2 ölü pişik gətirərək onlardan zərərin qarşılanmasını tələb edib. Daha sonra məlum olub ki, cütlük bundan əvvəl daha 3 ölü pişiyi veterinar klinikasına təhvil verib.