|
Qaz partladı, 40 ev yandı
Misirin Asyut şəhəri yaxınlığında məişət qazının partlaması nəticəsində 40 ev yanıb.
 
APA-nın TASS agentliyinə istinadən  verdiyi xəbərə görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarətləri alıb, ölən yoxdur.
 
İlkin məlumata əsasən, yanğına qaz balonunun partlaması səbəb olub. Yanğın sürətlə bir-birinə bitişik evlərə yayılmağa başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu bir neçə saat ərzində ram edə bilib.
Cia.az