AKP-nin rayon təşkilat sədri PKK-çılar tərəfindən öldürülüb
Türkiyənin Diyarbəkr əyalətinin Dicle rayonunda Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilat sədri Deryan Aktertə silahlı hücum olub.
Musavat.com-un məlumatına görə, Diyarbəkrdən millət vəkili seçilmiş Əbubəkr Bal hadisənin terrorla bağlılığının olduğunu qeyd edib və Aktertin iş yerinin əvvəllər də silahlı basqına məruz qaldığını deyib.
Aktertin rayonda, Hani yolunun üstündəki özünə məxsus yanacaqdoldurma məntəqəsində silahlı basqına uğradığı qeyd edilib. İddiaya görə, avtomobillə yanacaqdoldurma məntəqəsinə gələn 7-8 PKK-çı avtomat silahlardan atış açıb. Deryan Aktertin hadisə yerindəcə həyatını itirib.
PKK-çılar maşınlarına minərək oradan uzaqlaşıblar. Mərhumun yaxınları hadisədən xəbər tutan kimi dərhal olay yerinə gəliblər. Bölgədə PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlar başlayıb.
Cia.az
