|
Bakıda “Toyota” və BMW toqquşdu, yaralanan var
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 
 
Musavat.com xəbər verir ki, hadisə rayonun Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. “Toyota” və BMW markalı avtomobillər toqquşub. Qəza nəticəsində BMW-də olan sərnişin Ələkbər Hüseynov xəsarətlər alıb. 
 
Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, BMW-nin sürücüsü sola dönmə əməliyyatı edərkən qarşıdan gələn avtomobili gözləməyib. Nəticədə toqquşma baş verib. 
 
Faktla əlaqədar araşdırmalar davam etdirilir. 
Cia.az