|
Castin Biber gizlənmək istədi, ancaq...
22 yaşlı məşhur müğənni Castin Biber Amsterdamda tanınmamaq üçün qəribə üsula əl atıb. 
 
Axar.az xəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdam küçələrində qəribə görkəmi ilə gəzən gənc müğənni daha çox diqqət cəlb edib. O, parik və süni saqqal taxaraq kimliyini gizlətməyə çalışıb. Ancaq boynunun arxasındakı qanad döymələrini gizlədə bilməyib. 
 
Sosial şəbəkə istifadəçiləri isə "Sənə bir örtük verək, özünü elə gizlət" deyərək onu məsxərəyə qoyublar. 
 
 
 
 
Cia.az