Müharibənin nə olduğunu bilməyən insanların yaşadığı torpaqlar...
Möhtəşəm təbiəti ilə insanı valeh edən Vahan Koridoru bir zamanlar İpək Yolunun əsas ərazilərindən biri sayılırdı. Bir tərəfi dağlarla əhatələnən, bir tərəfi isə düzlük olan bu yaşayış yeridə indi ancaq mədəniyyətdən xəbərsiz qəbilələr məskunlaşıb.
Fransalı fotoqraf Vahan Koridoruna gedərək orada yaşayan insanların həyatına işıq salıb. Vahan Koridoru Əfqanıstanın şimal-şərqində yerləşən, Tacikistan, Pakistan və Çinlə qonşu olan bölgənin adıdır. Bölgədə iki qəbilə var: vakilər və qırğızlar.
Vakilər oturaq həyat yaşayır, gündəlik tələbatlarını əkinçilik və maldarlıqla ödəyirlər. Dağlıq ərazilərdə yaşayan Qırğızlar isə sadəcə maldarlıqla məşğul olurlar və köçəri həyat sürürlər. Əfqanıstanın ən ucqar bölgəsi olan Vahan Koridorunun insanları müharibədən xəbərsizdir. Bura müharibə kimi mədəniyyət də gəlib çatmayıb. 240 km uzunluqda olan bu koridorda 12 min insan yaşayır.
Təəssüratlarını bölüşən fotoqraf qeyd edib ki, Vahan Koridoruna keçərkən Əfqanıstanın müharibə içində olduğunu unudursan. Buranın qadınları isə əfqan qadınlarına nisbətən daha sərbəstdir.























