|
Qasırğa təhsil ocaqlarını dağıtdı - Şagirdlər məktəbsiz qaldı

Metyu qasırğası nəticəsində Haitidə yüz mindən çox şagird məktəbsiz qalıb. 

 
"Report" "Anadolu" agentlyinə istinadən xəbər verir ki, BMT –nin Uşaqlara Yardım Fondu (YUNİSEf) bu barədə məlumat yayıb. İnfromasiyaya görə, ölkədə 300 məktəb ya tamamilə, ya da qısmən dağılıb, bəzi məktəblərdə isə təbii fəlakətdən zərərçkən ailələr yerləşdirilib. 
 
BMT-nin Humanitar Yardım üzrə Əlaqələndirmə Ofisi bildirib ki, qasırğa nəticəsində Haitidə azı 900 nəfər həyatını itirib.
Cia.az