"Bakı Tekstil Fabriki" MMC-də baş verən maxinasiyalar barədə ötən yazımızda məlumat vermişdik. Məlumatda deyilirdi ki, Səkinə Babayevanın rəhbərlik etdiyi sözügedən müəssisədə dövlət yoxlamasından keçirilməmiş, normativ tələblərə cavab verməyən formalar istehsal edilir. Fabrik təhlükəsizlik sertifikatı almamış xammaldan istifadə olunur. İddia olunur ki, Səkinə Babayeva qeyri-leqal sexlər vasitəsilə işləyir. Bu sexlərdə əldə olunan məhsulun maya dəyəri bir neçə dəfə aşağı salınır. Amma həmin formalar sertifikatlı məhsullarla eyni qiymətə satılır. Digər tərəfdən bildirilir ki, hazırda Çində də Səkinə Babayeva tərəfindən maliyyələşdirilən bir neçə tikiş sexi fəaliyyət göstərir. Həmin sexlərdə istesal olunan məktəbli formaları bu gün Azərbaycana xammal adı ilə qanunsuz olaraq gəticaret rilir və sonradan ölkənin istehlak bazarında "Bakı Tekstil Fabriki"nin məhsulları kimi satışa çıxarılır. Cia.az-a müraciət edən bir qrup valideyn bildirir ki, onlar da övladlarına Bakı Tekstil Fabrikinin istehsal etdiyi formalardan alıblar. "Bu geyimlər bir neçə dəfə yuyulduqdan sonra yararsız hala düşür. Halbuki bizə deyirdilər ki, çox keyfiyyətli məhsullardır. Biz boğazımızdan kəsib uşaqlarımıza forma alırıq, amma bir neçə aydan sonra yenidən forma almaq məcburiyyətində qalırıq", - deyə valideynlər iddia edir. Məlumatda həmçinin qeyd edilir ki, bəzi məktəblərin direktorları valideynləri məcbur edir ki, məhz Bakı Tekstil Fabrikinin istehsal etdiyi məktəbli formaları alsınlar. Görünür, həmin direktorlarla Səkinə Babayeva arasında işbirliyi mövcuddur. Bütün bunlarla yanaşı belə bir bir məqamı da qeyd etmək lazımdır ki, Səkinə Babayevanın bu gün rəhbərlik etdiyi istehsal sahəsində nümayiş etdirdiyi müxtəlif maxinasiyalara meyilliliyini müşahidə edərkən, bu xanımın bir neçə il bundan əvvəl qədəm qoymaq istədiyi siyasi karyera yolunun lap başlanğıcındaca yol verdiyi ciddi nöqsanları xatırlamamaq olmur. Çünki əslində hər iki məqam mahiyyətcə eyni bir əsasa - dövlətin, xalqın maraqlarına, baxdığımız halda isə, həm də mənsub olduğu partiyanın maraqlarına etinansızlıq göstəricisinə istinad edir. Məlum olduğu kimi, 2010-cu ildə keçirilmiş seçkilərdə, Yeni Azərbaycan Partiyası tərəfindən Səkinə Babayevanın 8 saylı Nərimanov-Nizami Seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüşdü. Lakin bu xanım seçicilərin etibarını kifayət qədər qazana bilmədiyindən tələb olunan səsləri də toplaya bilmədi. Düz deyiblər ki, xalqın gözü tərəzidir. Çünki, Səkinə Babayevanın seçkilərdən dərhal sonra yaratdığı qalmaqal, ona etimad göstərərək, namizədliyini irəli sürmüş partiya təşkilatına qarşı irəli sürdüyü əsassız və rüsvayçı ittihamlar bir daha sübut etmiş oldu ki, onun xalqı təmsil etməyə həqiqətən də heç bir haqqı yoxdur.
Cia.az
