|
SOCAR Avstriya şirkətinin İzmirdəki terminalını alır

"Petrol Ofisi AŞ"nin Türkiyənin İzmir şəhərində yerləşən Aliağa terminalının SOCAR-ın strukturuna daxil olan beynəlxalq investisiya qrupuna satılacağı ilə bağlı razılıq əldə olunub.

APA bildirir ki, bu barədə "Petrol Ofisi AŞ"nin səhmdarı olan Avstriyanın "OMV Group" şirkətinin yaydığı açıqlamada deyilir.

Bildirilir ki, razılaşma bu ilin sonunadək rəsmiləşəcək.

Cia.az