|
Türkiyənin yeni səfiri bu gün Bakıya gəlir

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral bu gün Bakıya gəlir.

virtualaz.org-un xəbərinə görə, diplomatı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev adına Bakı Hava Limanına enəcək.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı əvvəlki səfiri İsmayıl Alper Coşqunun səlahiyyət müddəti başa çatıb.

Cia.az