|
Bakının mərkəzindəki qətllə bağlı yeni

Bakının "Sahil bağı" yaxınlığında baş vermiş qətllə bağlı yeni təfərrüatlar məlum olub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirilən Həsən Namiq oğlu Həsənovun yanında başqa bir dostu da olub. Ona da bıçaq xəsarəti yetirilib. Yaralı hazırda Kliniki Tibbi Mərkəzdədir. Onun şəxsiyyəti məlum olub. Bu 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğludur.