İspaniyanın “Real Madrid” futbol klubunun kolumbiyalı ulduzu Cemis Rodrigez ölümlə hədələnir.
Musavat.com-un məlumatına görə, Təhdidlər “Legion Holk” qrupundan futbolçunun anasının sosial hesabına göndərilir. Futbolçunun anası Pilar Rubio Gomez ona gələn mesajları, həmçinin silah və güllələrin fotosunu paylaşaraq yazıb: “Bu insanların dərdi nədir? Mənə oğlumla vidalaşmağımı söyləyirlər”.
Futbolçunun anası qeyd edib ki, təhdid mesağlarında “Silahlandım və yola çıxdım. Çox sevdiyin oğluna “əlvida” de. Cemisin ölüsünü necə görmək istəyərdiniz? Onu necə öldürək?”, sözləri yer alıb.
İspaniya mediası “Legion Holk” qrupunun FTB tərəfindən araşdırıldığını və bu qrupun bir çox məşhura təhdid mesajları yolladığını yazıb.
