|
Azərbaycanla sərhəddə terrorçu axtarışı:
Dağıstanın сənubunda, Süleyman-Stal  rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının  nümayəndəsi bildirib.
 
Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: “Süleyman-Stal  rayonunda antiterror əməliyyatı rejimi Moskva vaxtı ilə saat 21:45-dən etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.
 
Qeyd edək ki, 3 terrorçunun zərərsizləşdirildiyi barədə məlumat verilib.
Cia.az