|
Lavrov: "ABŞ təhlükəsizliyimizi təhdid edir"
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı düşmən mövqedə olduğunu bildirib və qeyd edib ki, bu münasibət Rusiyanın milli təhlükəsizliyini təhdid edir. 
 
Musavat.com xəbər verir ki, Rusiya dövlət televiziyasına açıqlama verən Lavrov Amerika ilə münasibətlərin korlanmasında Vaşinqtonu günahlandırıb. 
 
Lavrov deyib: “Moskva və Vaşinqton demək olar, heç bir mövzuda anlaşa bilmir. Bunun günahı ABŞ-dadır. Onlardakı Rusiyafobiya bizim təhlükəsizliyimizə təhdid yaradır”. 
 
Lavrov Suriyada Əsəd qüvvələrinin bombalanmasını isə “təhlükəli oyun” adlandlrlb.
Cia.az