|
Türkiyə millisi İslandiyaya məğlub oldu - Yenilənib
DÇ-2018-in seçmə mərhələsində III turun oyunlarına start verilib.
Musavat.com-un məlumatına görə, I qrupunda Türkiyə İslandiya ilə qarşılaşıb. Oyunun birinci hissəsinin 42 ci dəqiqəsində İslandiyanın futbolçusu Qudmunson ilk qolu Türkiyə millisinin qapısından keçirib. 44-cü dəqiqədə Findboqason ikinci topu Türkiyə komandasının qapısına vurub: 2-0.

Oyun Türkiyənin 2:0 məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, 3 qrupda 9 oyun keçirilib.