|
İmişlidə ovçular saxlanıldı
İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlardan qanunsuz yolla ovlanmış çöl quşları və xeyli miqdarda sursat aşkar edilib.
 
Daxili işlər Nazirliyi Baş ictimai təhlükəsizlik idarəsi və İmişli rayon poliş şöbəsinin əməkdaşları qanunsuz  ovun  qarşısının alınması  məqsədi ilə  İmişli rayonun çöl ərazilərində reydlər həyata  keçirib. Reydlər zamanı müxtəlif yerlərdə qanunsuz ovla məşğul olan şəxslər aşkar edilib. Bəzi brokonyerlər  silahlarını və ovladıqları quşları əraziyə  ataraq  qaçıb.
 
Reyd zamanı  iki nəfər brokonyer - İmişli rayon sakinləri, Sadıqov Qədim və Baxşəliyev Ülvi polis əməkdaşları tərəfindən saxlanlıb. Reyd zamanı iki ədəd  qoşa  lülə, bir ədəd beşaçılan, bir ədəd tək lüləli ov  tüfəngləri polis əməkdaşları tərəfindən sənədləşdirilərək götürülüb.
Cia.az