|
PKK 7 beton mikserini qaçırdı
PKK terror təşkilatı Tunceli-Erzincan şose yolunun Zağğe ərazisində bir şirkətə aid 7 beton qarışdıran maşını qaçırıb.
Beton mikserlərinin terror hadisəsində istifadə olunacağından şübhələnən polis güclü həhlükəsizlik tədbiri alıb. Bildirilib ki, yoldan keçən maşınları saxlayan terrorçular əvvəl PKK-nı təbliğ ediblər. Bu sırada özəl şirkətə aid 7 beton mikserini də saxlatdıraraq sürücülərini başqa maşınlarla geri yollayıblar. 

Maşınları əllərindən alınan sürücülər polisə məlumat verib. Polis beton mikserlərinin terror hadisəsində istifadəsinin mümkünlüyünü bildirərək, terrorçular haqqında "görüldüyü yerdə vur", əmri verib.
Cia.az