|
Litvada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
Litvada oktyabrın 9-da keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 25,86%-ni toplayan “Kəndlilər və Yaşıllar İttifaqı”  tutur.
 
İkinci yerdə Sosial-Demokrat  (15,44%), üçüncü isə Vətən İttifaqı – Xristian Demokratlar Partiyasıdır  (15,01%). İlkin nəticələrə əsasən, daha dörd partiya 5 faizlik seçki baryerini keçə bilər.
 
Seçkilərdə 12 partiya və iki koalisiya iştirak edir. Seymin 141 üzvündən 71-i birmandatlı, 70-i çoxmandatlı dairələrdə partiyaların təqdim etdiyi siyahılar üzrə seçilir.
Cia.az