Ötən gecə Netçala rayonununda qətl hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun verdiyi məlumata görə, gecə saat 1 radələrində 31 yaşlı 1-ci Qaralı kənd sakini Qafarova Aygün Arif qızı 32 yaşlı həyat yoldaşı Qafarov Ceyhun Abhüseyn oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Qətli törədərkən C.Qafarov içkili vəziyyətdə olub və qadına ürək nahiyəsindən 1 bıçaq zərbəsi vurub.
Ailənin 2 azyaşlı uşağı qalıb.
Kənd sakinləri Geyhun Qafarovun son vaxtlar içkiyə qurşandığını bildirirlər. Elə qətlin də bu səbədən, onun sərxoşluğu ucbatından baş verməsi ehtimal olunur.
Ceyhun Qafarovun atası sovet dönəmində uzun illər kolxoz –sovxoz rəhbəri işləyib, rayonun hörmətli adamlarından olub.
Faktla Bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
Cia.az
