|
Bakı Olimpiya stadionu yaxınlığında daha bir faciə

Dünən keçirilən Azərbaycan - Norveç matçına gedərkən azarkeşlərdən biri- Zahidov Nahid Hafiz oğlu yolunu qısaltmaq üçün körpünün üstündəki mühəccərləri aşıb çeçmək istəyib və nəticədə betonun üzərinə yıxılaraq ciddi xəsarət alıb. .

O, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, N.Zahidova qara ciyərin cırılması, dalağın partlaması, sidik kisəsinin cırılması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoyulub.

Həkimlər bildiriblər ki, onun həyatı üçün təhlükə qalmaqdadır: “Xəstə hazırda reanimasiya şobəsinə yerləşdirilib. Həyatı üçün təhlükə ondan ibarətdir ki, çoxlu orqanlarda zədələnmələr var. Hər şeyi valideyinlərinə də başa salmışıq. Şükür Allaha ki, hələlik salamatçılıqdır. Əməliyyatı 3 saatdan yuxarı davam edib”.

Qeyd edək ki, əslən Lerik rayonundan olan olan Nahid hərbi xidmətdən yeni gəlib. O, ailənin iki övladından biridir. N. Zahidov həm də Koperasiya Universitetinin məzunudur.

Yeri gəlmişkən, bu artıq Olimpiya stadionunun ətrafında ikinci faciəvi hadisədir. Gənclər arasında Avropa çempionatının oyunları çərçivəsində bu ilin mayında keçirilən Azərbaycan – Portuqaliya matçından sonra həmin başıbəlalı məhəccərlərə dırmaşıb keçərkən 18 yaşlı azarkeş Orxan Şirinov körpüdən yıxılmış və nəticədə dünyasını dəyişmişdi.

Cia.az