|
Ağstafada mərmi, mina, raket tapıldı
Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindən silah-sursat tapılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları tərəfindən Saloğlu qəsəbəsi ərazisindən 10 ədəd mərmi, 2 ədəd siqnal minası, 3 ədəd siqnal raketi, patron darağı və 389 ədəd müxtəlif çapılı patron tapılıb.
 
Silah-sursat ANAMA əməkdaşlarına təhvil verilib.
Cia.az