|
Göygöldə 5 otaqlı ev yandı
Göygöyldə yanğın qeydə alınıb.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Göygöl rayonu, Quşqara kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m2 olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 3 m2 sahədə yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az