|
Pakistanın baş naziri Azərbaycana səfərə gələcək

Pakstanın Baş naziri Navaz Şərif oktyabrın 13-15-də Azərbaycana rəsmi səfərə gələcək.

Bunu “Trend”ə diplomatik mənbə deyib.

Səfər zamanı Azərbaycan və Pakistan arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ən yüksək səviyyədə müzakirə ediləcək.

Cia.az