|
Türkiyədə həbsdə olan 15 hərbçi azadlığa buraxıldı
Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddən sonra həbs olunan hərbçilərdən 15 nəfəri Qaziantep cəza evindən azadlığa buraxılıb. 

Musavat.com-un Milliyyet.com-a istinadən məlumatına görə, 3 aydır həbsdə olan hərbçiləri cəza evinin qarşısında ailələri qarşılayıb. Həbsdə olduqları müddətdə özlərinin və ailələrinin çətin günlər keçirdiyini deyən hərbçilər ədalətin yerini almasından məmnunluqlarını ifadə ediblər. 
 
Sərbəst buraxılan hərbçilərin məhkəmələrinin davam edəcəyi qeyd edilib. 
Cia.az